2 Avqust 2024 14:59
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Metbuat.az bildirir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.
O, ilk cəhdində 42,950 xala layiq görülüb. Azərbaycan təmsilçisi hələlik 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.