30 Avqust 2024 14:08
Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.
Metbuat.az bildirir ki, hadisə kəndlərdən birində qeydə alınıb.
Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.
Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.