METBUAT.AZ

Ölkə

Göygöldə zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

13 Avqust 2024 10:27

Göygöl Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Xatırladaq ki, avqustun 11-də Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə 52 nəfər müraciət edib.


metbuat.az.