METBUAT.AZ

İdman

Güləşçimiz erməni rəqiblə qarşılaşacaq

5 Avqust 2024 22:41

Sabah Paris-2024 Yay Olimpiya Oyunlarında güləşəcək idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla yarışacaq. İdmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

6 avqust

Yunan-Roma güləşi

77 kq

Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)

Qadın güləşi

50 kq

Mariya Stadnik - Anastasiya Blavyas (Almaniya)


metbuat.az.