METBUAT.AZ

İdman

Gündoğandan sonra növbəti ayrılıq -

23 Avqust 2024 08:25

La Liqada mövsümə qələbə ilə başlayan "Barselona" xərc limitinə görə yeni transferlərinə yer ayıra bilməyib.

Metbuat.az xəbər verir ki, İlkay Gündoğanla yollarını ayırmağa hazırlaşan Kataloniya komandası daha bir futbolçunun klubdan getməsi üçün danışıqları davam etdirir. "Athletic"də yer alan xəbərdə "Barselona"nın ötən mövsüm komandaya qoşulan Vitor Rokenin transferi üçün "Real Betis"lə danışıqlar apardığı bildirilib. Bildirilir ki, Dani Olmonu hələ qeydiyyatdan keçirə bilməyən "Barselona" bu iki futbolçunun klubdan ayrılmasından sonra qeydiyyat problemini həll edə bilər. “Real Betis”in Vitor Rokeni icarəyə götürmək istədiyi bildirilir. Həmçinin tərəflər ikinci il icarəni davam etdirmək və satın alma variantı üzərində işlərini davam etdirir.

Braziliyalı futbolçunun baş məşqçi Hansi Flikin planları arasında olmadığı bildirilib. Vitor Rokenin Səudiyyə Ərəbistanından təklif aldığı, lakin gənc futbolçunun karyerasını Avropada davam etdirmək istədiyi bildirilib.


metbuat.az.