METBUAT.AZ

Ölkə

Gündüz Abbaszadə vəzifəyə təyin edildi

1 Avqust 2024 16:24

"CBC Sport" kanalının şərhçisi Gündüz Abbaszadə yeni vəzifəyə təyin olunub.

Metbuat.az xəbər verir ki, o, sözügedən kanalda Rüstəm Əfsərlinin "Neftçi"yə gedişindən sonra vakant olan postu tutacaq.

Beləliklə, Abbaszadə Şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gündüz Abbaszadə "CBC Sport"a 9 il əvvəl gəlib. O, "Neftçi" və "Qarabağ" klublarının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin də rəhbəri olub.


metbuat.az.