METBUAT.AZ

İdman

Haalandı ver onu al -

13 Avqust 2024 11:25

“Mançester Siti” “Real Madrid”in futbolçusu Rodriqonu transfer etmək üçün səyləri davam etdirir.

Metbuat.az xəbər verir ki, “Real” futbolçunun bəzi şərtlər əsasında transferinə razıdır. “Real” futbolçu üçün azı 120 milyon avro tələb edir. “Real”ın digər tələbi isə Rodriqonu mübadilə etməkdir. “Defensa Central”ın xəbərinə görə, “Real” Rodriqo - Erlinq Haaland mübadiləsini nəzərdən keçirməyə razı olduğunu bildirib. İspaniyalı menecerlər İngiltərə klubunun bu təklifi qəbul edəcəyini düşünmürlər.

Qeyd edək ki, Kilian Mbappenin “Real”a transferindən sonra Rordiqonun əsas heyətdə yer almayacağı deyilir.


metbuat.az.