METBUAT.AZ

İdman

Hacı Əliyev ilk görüşündə qələbə qazandı -

10 Avqust 2024 14:31

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Metbuat.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. H.Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


metbuat.az.