METBUAT.AZ

Ölkə

Hava ilə bağlı sarı xəbərdarlıq elan edildi

10 Avqust 2024 16:12

Azərbaycanın bəzi şəhər və rayonlarında küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu barədə Metbuat.az.a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də ölkə ərazisində sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Salyan, Cəlilabad, Yardımlı, Lerik, Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


metbuat.az.