METBUAT.AZ

Ölkə

"Heç bir dərman xəstəliyimə əlac olmadı" -

4 Avqust 2024 20:47

"Həkimin yazdığı dərmanlar xəstəliyimə əlac olmadı".

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Xoşqədəm Hidayətqızı müəllifi olduğu "Səni Axtarıram" verilişində məlumat verib.

Jurnalist bacılarının fədakarlığı sayəsində sağlamlığına qovuşub. O, həmin anları belə xatırlayıb:

"Mən bir az çox xəstə oldum. Heç bir həkimin yazdığı dərmanlar xəstəliyimə əlac olmadı. Bacılarım (red. Roza və Təranə xanım) mənə demədən Ağdərə rayonuna gediblər. Görürəm iki gündür onlar evdə yoxdur. Bacılarım günləri bölmüşdülər ki, Arda ilə Arına baxsınlar. Onları (red. bacılarımı) evdə görməyəndə narahat olmuşdum. Necə olub xəbərim yoxdur, bir gün səhər gözümü açdım, gördüm bacım artıq evdədir. Dedi Ağdərəyə getmişdik. Şok yaşadım, dedim ən ucqar o kəndə necə getmisiniz, ermənilər oranı xarabaya döndərmişdilər, həm də o ucqar kəndə traktorla, "Niva"yla çıxırdıq. Dedi ora getməliydik, bir ona görə getməliydik ki, qardaşımızın məzarı ziyarət edək, ikincisi orda su var, o sudan sənə gətirək. Sən o sudan istifadə edən kimi özünə gələcəksən. Bəlkə də buna kimsə inanmayacaq, həqiqətən o sudan sonra mən sağaldım".

Zaur Əliyev / Metbuat.az


metbuat.az.