METBUAT.AZ

Hadisə

Həkimi evində öldürənin kimliyi bilindi -

27 Avqust 2024 11:27

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Tariyel doktorun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.

Çox güclü maqnit qasırğası başladı: Üç gün davam edəcək

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.

Həsən Davudov daha sonra özünü güllələyib.

Məlumata görə, onların keçmişdən ədavəti olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.

***

10:45

Zaqatalada dəhşətli cinayət törədilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

Qeyd edək ki, Tarıyel Əhmədov Zaqatalada tanınmış həkimdir.


metbuat.az.