19 Avqust 2024 11:44
HƏMAS Qətərin paytaxtı Dohada keçirilən danışıqların son raundundan sonra İsrailin baş naziri Benyamin Netanyahunu "Qəzzada atəşkəs və əsir mübadiləsi üçün razılığın əldə olunmasına maneələr yaratmaqda" günahlandırıb.
Metbuat.az xəbər verir ki, Fransa Xəbər Agentliyinin (AFP) verdiyi məlumatda bildirilir:
"Netanyahunu vasitəçilərin səylərinə mane olur, razılaşmanın əldə olunmasını pozur və məhbusların həyatına görə tam məsuliyyət daşıyırır".
Digər tərəfdən, İsrailin baş naziri Netanyahu dünən beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəsə nail olmaq üçün "HƏMAS-a təzyiq göstərməyə" çağırıb. Bu arada Tel-Əvivə gələn ABŞ dövlət katibi Antoni Blinken danışıqları irəli aparmaq üçün sabah Qahirəyə gedəcək.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması ilə bağlı hələ də dərin fikir ayrılıqları olsa da, ABŞ dövlət katibi Blinken dünən Təl-Əvivə çatıb. Blinkenin bu gün İsrailin baş naziri Netanyahu, müdafiə naziri Yoav Gallant və prezident İsaak Hersoqla görüşəcəyi gözlənilir. Blinkenin Qəzzada müharibə başlayandan bəri İsrailə 9-cu səfərindən cəmi bir neçə gün sonra Qahirədə atəşkəs danışıqlarının yeni mərhələsinə başlanılması planlaşdırılır.