16 Avqust 2024 21:42
Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi üçün danışıqlar Qətərin paytaxtı Dohada başlayıb, lakin İsrail hücumlarını davam etdirdiyi üçün HƏMAS Dohadakı danışıqlara qatılmayıb.
Metbuat.az xəbər verir ki, vasitəçilər danışıqların təfərrüatları ilə bağlı məlumatları HƏMAS-a çatdırıblar. Məsələ ilə bağlı HƏMAS-ın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Britaniyanın “Reuters” xəbər agentliyinə danışıb. HƏMAS rəsmisi onlara çatdırılan detalların bundan əvvəlki razılaşmalara uyğun olmadığını vurğulayıb. Danışıqlarda iştirak edən vasitəçilər olan ABŞ, Misir və Qətər də birgə bəyanatla çıxış ediblər. Açıqlamada “Vasitəçilər razılaşdırılmış maddələr əsasında razılığa gəlmək üçün yenidən görüşəcəklər. Vasitəçilər atəşkəs layihəsi üzərində işləməyə davam edəcəklər”, - deyə bildirilib.