METBUAT.AZ

Dünya

HƏMAS Haniyənin qisasını belə olacaq -

23 Avqust 2024 12:47

HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq xarici ölkələrdəki israilliləri hədəf alacağı iddia edilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın bu əməliyyatla bağlı qərarı iyulun 31-də Tehranda Haniyənin öldürülməsindən iki gün sonra verdiyi bildirilir. Mənbələr iddia edirlər ki, təşkilat strategiyada belə bir dəyişiklik edib, çünki onun Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azalıb.

İddia olunur ki, HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa rəsmiləri hədəf alacağı dəqiq deyil.

Qeyd edək ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getdiyi zaman qaldığı iqamətgahda öldürülüb.


metbuat.az.