6 Avqust 2024 22:17
HƏMAS-ın Siyasi Bürosuna yeni rəhbər təyin edilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın yeni lideri Yəhya Sinvarı olub.
Xatırladaq ki, HƏMAS-ın sabiq rəhbəri İsmayıl Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edərkən öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.