METBUAT.AZ

İdman

Hidayətlə Zelimə yüksək pul mükafatı verildi -

13 Avqust 2024 15:08

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mükafat qazanan idmançılarımız mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, pul mükafatı verilən idmançılar arasında ən yüksək məbləğ Olimpiya çempionlarına düşüb. Belə kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Olimpiya çempionu olan Hidayət Heydərov və Zelim Kotsoyev 400 min manatla mükafatlandırılıb. Əlavə olaraq hər birinə Milli Olimpiya Komitəsi tərəfindən 200 min manat verilib. Beləliklə, hər bir Olimpiya çempionu 600 min manat qazanmış olub.

Onların məşqçiləri də müvafiq olaraq 200 min və 100 min manat - ümumilikdə 300 min mükafata sahib çıxıblar.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov və 100 kq çəkidə Zelim Kotsoyev qızıl medallara sahib çıxıblar.


metbuat.az.