METBUAT.AZ

Dünya

Hücumdan sonra açıq havada ilk mitinqini təşkil etdi

22 Avqust 2024 11:20

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp sui-qəsd cəhdindən sonra Şimali Karolina ştatında ilk mitinqini təşkil edib.

Metbuat.az xəbər verir ki, o çıxışını gülləkeçirməz şüşə kabinənin içində edib. Tramp çıxışında rəqibi, Demokratlar Partiyasının prezidentliyə namizədi, vitse-prezident Kamala Harrisi tənqid edib. Tramp rəqibinin prezident olacağı təqdirdə üçüncü dünya müharibəsinin başlaya biləcəyini ifadə edib.

"Harris sərhədləri açmaq istəyir. Prezident olarsa, 4 il ərzində təkcə Cənubi Amerikadan deyil, dünyanın hər yerindən 60-70 milyon insan gələcək" - Tramp deyib.


metbuat.az.