METBUAT.AZ

Dünya

İran Rusiyaya ballistik raketlər verəcək -

10 Avqust 2024 11:11

İran Rusiyaya 120 km mənzilli yüzlərlə ballistik raket verməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, onlarla rus hərbçisi hazırda İranda "Fath-360" ballistik raket sistemindən istifadə etmək üçün təlim keçir və Ukraynadakı müharibə üçün yüzlərlə peyklə idarə olunan silahın "Rusiyaya tezliklə çatdırılması" gözlənilir.

“Rusiya Müdafiə Nazirliyinin nümayəndələri dekabrın 13-də Tehranda İran rəsmiləri ilə İranın dövlət aerokosmik sənaye təşkilatı (AİO) tərəfindən yaradılmış “Fath-360” və digər ballistik raket sistemi üçün müqavilə imzalayıblar”, - nəşr yazır.


metbuat.az.