15 Avqust 2024 11:36
Yaxın vaxtlarda İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq müqaviləsi imzalanacaq.
Metbuat.az xəbər verir ki, bunu İranın Moskvadakı Kazım Cəlali səfiri deyib.
O bildirib ki, hər iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri bu layihə üzərində işləyir:
"Layihə nəzərdən keçirilməsi üçün prezident administrasiyasına təqdim edilib. Bu sənəd prezidentlər tərəfindən imzalanacaq. Düşünürəm ki, hazırlıqlar tamamlandıqdan sonra iki ölkə arasında bu müqavilə yaxın vaxtlarda imzalanacaq"