METBUAT.AZ

Dünya

İslandiyada buz mağarası çökdü

26 Avqust 2024 16:31

İslandiyada buz mağarasının çökməsi nəticəsində bir turist ölüb, ikisi itkin düşüb .

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı mağarada 25 turist olub.

Bildirilib ki, buz altında qaldığı ehtimal edilən iki turisti xilas etmək üçün 200-ə yaxın adamın iştirak etdiyi kompleks əməliyyat davam edir.

Ağır xəsarətlər alan daha bir şəxs vertolyotla xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.


metbuat.az.