METBUAT.AZ

İdman

İstanbul klubundan "Barselona"ya 10 milyonluq təklif

15 Avqust 2024 16:54

İstanbulun "Beşiktaş" klubu "Barselona" forması geyinən seneqallı futbolçu Mikayil Faye ilə maraqlanır.

Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, türk klubu 20 yaşlı mərkəz müdafiəçisi üçün Kataloniya klubuna 10 milyon avroluq təklif göndərib. Məlumata görə, ispanlar futbolçu üçün 15 milyon avro transfer qiyməti müəyyən etsələr də, bu rəqəm aşağı düşürülə bilər.

Futbolçu ilə "Beşiktaş"la yanaşı "Renn", "İnter" və "Porto" da maraqlanır. Müdafiəçinin "Porto"da oynamaqda maraqlı olduğu iddia edilir.


metbuat.az.