METBUAT.AZ

İdman

İstanbula gələn Gündoğan transfer iddialarından danışdı

8 Avqust 2024 20:27

İstanbula gələn İlkay Gündoğan hava limanında transfer iddiaları ilə bağlı sualları cavablandırıb.

Metbuat.az "Ntv Spor"a istinadən bildirir ki, 33 yaşlı futbolçu "Galatasaray"a keçəcəyi iddiaları barədə deyib:

"Transfer yoxdur, reklam çəkilişi üçün gəlmişəm. Bir gün "Galatasaray" forması geyinə bilərəm. Amma bu gün yox, bu yay dəqiq olmaz".

Gündoğan "Fənərbağça"nı da izlədiyini bildirib və Çempionlar Liqasında növbəti mərhələyə keçəcəklərinə ümid etdiyini deyib.

Qeyd edək ki, türk mediası "Galatasaray" və "Fənərbağça"nın İlkay Gündoğan ilə maraqlandığını yazırdı. Futbolçunun İstanbula gəlməsi transfer iddialarını gücləndirmişdi.


metbuat.az.