METBUAT.AZ

Elm və Təhsil

İxtisas seçimi bu tarixlərdə olacaq

5 Avqust 2024 15:49

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq.

Metbuat.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.


metbuat.az.