METBUAT.AZ

Dünya

Kamala Harris Trampı üstələdi

19 Avqust 2024 20:48

“Associated Press” agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi sorğuda ABŞ-da keçiriləcək seçkilərdə Demokratların namizədi Harrisə dəstək faizinin artdığı müəyyən edilib.

Metbuat.az xəbər verir ki, müvafiq olaraq, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti 83 faiz olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür. Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi seçkilərdə Harrisi, 41 faizi isə Trampı dəstəkləyir. Harrisə qadın seçicilər arasında, Trampa isə kişilər daha çox üstünlük verirlər.

“Associated Press” agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi əvvəlki sorğuda amerikalıların Trampı iqtisadiyyatı idarə etməkdə, Harrisi isə demokratiyaya sadiqliyinə görə ön plana çıxarmışdı.


metbuat.az.