15 Avqust 2024 16:26
Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Absuət Əliyev Vətən müharibəsi iştirakçısıdır.