METBUAT.AZ

İdman

Keçmiş "Fənərbağça"lı "Real"ı qələbədən etdi

19 Avqust 2024 11:31

"La Liqa"da mövsümün açılış matçında "Malyorka" və "Real Madrid" komandaları üz-üzə gəliblər.

Metbuat.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Real Madrid"in qolu 13-cü dəqiqədə braziliyalı futbolçu Rodriqodan gəlib. "Malyorka" 53-cü dəqiqədə sabiq "Fənərbağça"lı Vedat Muriqinin başla vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.

Oyunda başqa qol vurulmayıb, bu nəticə ilə komandalar mövsümə hərəyə 1 xalla başlayıb. “Real Madrid” liqanın ikinci həftəsində doğma meydanda “Valyadolid”lə qarşılaşacaq.

"Real Madrid"in türk futbolçusu Arda Gülər 84-cü dəqiqədə oyuna daxil olub. "Real Madrid"də Ferland Mendi əlavə edilmiş dəqiqələrdə qırmızı vərəqə alıb.


metbuat.az.