20 Avqust 2024 08:58
İtaliya A Seriyasının ilk tur matçında "Yuventus" və liqanın yeni komandası "Komo" qarşı-qarşıya gəliblər.
Metbuat.az xəbər verir ki, “Yuventus” 23-cü dəqiqədə Mbanqula ilə hesabda önə keçib. İlk hissəyə əlavə edilmiş 1-ci dəqiqədə Kənan Yıldızın yerdən çevirdiyi topu Weah tamamlayaraq qola çevirib. Matçda son sözü isə Kambiaso 90-cı dəqiqədə deyib - 3:0.
47-ci dəqiqədə Duşan Vlahoviç qapını açsa da, VAR qərarı ilə oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib. Bu nəticə ilə "Yuventus" mövsümə 3 xalla başlayıb. Turin təmsilçisi liqanın ikinci həftəsində səfərdə “Verona” ilə qarşılaşacaq.
Türk futbolçu Kənan Yıldız 90 dəqiqə meydanda qalıb.