METBUAT.AZ

İdman

"Kəpəz" darmadağınla məğlub oldu -

23 Avqust 2024 21:26

Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.

Metbuat.az xəbər verir ki, ilk oyun günü bir qarşılaşma keçirilib. "Bayıl Arena"da reallaşan matçda "Səbail" "Kəpəz"i qəbul edib.

Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək.


metbuat.az.