METBUAT.AZ

Dünya

Kəşfiyyat: Zelenskinin yerinə o gətirilə bilər -

13 Avqust 2024 11:41

ABŞ Arsen Avakovu Ukrayna prezidenti Vladimir Zelenskinin yerinə effektiv namizəd sayır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Məlumata görə, bu seçim A.Avakovla Ukraynanın millətçi dairələri və Avropa ölkələrinin liderləri arasında sıx əlaqələrin mövcudluğu ilə əsaslandırılır.

Bildirilir ki, Zelenskinin Avakovla əvəzlənməsində məqsəd Ukraynanın Rusiya ilə danışıqlara daha yaxşı hazırlaşmasıdır.

Qeyd edək ki, Arsen Avakov Ukraynanın keçmiş daxili işlər nazidir.


metbuat.az.