METBUAT.AZ

Dünya

Kiyev "Ağ Ev"in fikrini dəyişdirmək üçün bu addımı atacaq -

27 Avqust 2024 15:14

Rəsmi Vaşinqton ABŞ-nin uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə, Kiyev Rusiyada vura biləcəyi hədəflərin siyahısını "Ağ Ev"ə təqdim etməyə hazırlaşır.

Metbuat.az "Politico"ya istinadən bildirir ki, Ukrayna bu siyahıdan ABŞ-nin fikrini dəyişdirmək üçün istifadə edəcək. Ukrayna daha əvvəl ABŞ-a Rusiyadakı bəzi potensial hədəflərini təqdim etsə də, bu siyahı daha ətraflı olacaq.

Ukraynanın müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbəri Andriy Yermak bu həftə Vaşinqtonda olacaq və danışıqlar zamanı siyahı administrasiyaya təqdim etməyi planlaşdırırlar.

Qeyd edək ki, ABŞ Ukraynaya öz silahlarından Rusiya ərazisində istifadə ilə bağlı bəzi məhdudiyyətlər qoyub.


metbuat.az.