29 Avqust 2024 14:18
"Ukraynaya ötürülən silahların istifadəsinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Onlar beynəlxalq qaydalara uyğun olaraq Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün tam həcmdə istifadə edilməlidir".
Metbuat.az bildirir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib. Borrell Avropa İttifaqı ölkələrini Ukraynaya daha çox hərbi yardım göstərməyə çağırıb.
Eyni zamanda Cozep Borrell Almaniyadan Ukraynaya yardımın mümkün azaldılması ilə bağlı xəbərlərdən narahatlığını bildirib.