19 Avqust 2024 16:42
Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.
Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Almaniya Maliyyə Nazirliyinin spikeri Fabian Leber deyib.
Onun sözlərinə görə, kansler Olaf Şoltsun hakim koalisiyası və onun beynəlxalq tərəfdaşları Kiyevə dəstəyə davam edəcək və bu, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, daha əvvəl KİV-də Almaniyanın Ukraynaya hərbi yardım üçün ayıracağı maliyyənin kəskin şəkildə azalacağı iddiaları yer almışdı.