METBUAT.AZ

İdman

Konte türk klubundan onu "Napoli"yə gətirmək istəyir

20 Avqust 2024 12:37

İtaliyanın "Napoli" klubu "Fənərbağça"da forma geyinən Sebastian Şimanskini transfer etmək istəyir.

Metbuat.az Fanatik-ə istinadən xəbər verir ki, italiyanların baş məşqçisi Antonio Konte polşalı futbolçunun xidmətində maraqlıdır. Şimanski üçün 25 milyon avro təklif edən "Napoli" bu məbləği artırmağa da hazırdır və 30 milyon avroluq yeni bir təklifin ediləcəyi gözlənilir.

Türk mediası yazır ki, Ferdi Kadıoğlunun satılması ehtimalının yüksək olduğu bir vaxtda baş məşqçi Jozü Mourinyonun Şimanskini itirmək istəməyə bilər və bu halda, transfer baş tutmayacaq.

Qeyd edək ki, Sebastian Şimanski İstanbul təmsilçisinin heyətində ötən mövsüm sadəcə 6 oyunda meydana çıxıb.


metbuat.az.