27 Avqust 2024 16:46
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Kursk atom elektrik stansiyasına və onun əsas qurğularına baxış keçirdiyini bildirib.
Metbuat.az xəbər verir ki, o, stansiyaya gəlişini hərbi əməliyyatların baş verməsi və nüvə insidentinin təhlükəsi ilə izah edib.
Qrossi bildirib ki, Kursk AES normal şəraitdə işləyir.
Eyni zamanda MAQATE rəhbəri qeyd edib ki, o, Kursk AES-ə pilotsuz təyyarələrin hücumlarının izlərini görüb. O, rusiyalı həmkarları ilə nüvə insidentinin qarşısının alınmasını təhlil edəcəyini bildirib.
Onun sözlərinə görə, reaktor nüvəsi demək olar ki, adi bir binada yerləşir. Artilleriya və pilotsuz təyyarələrin zərbələrinə qarşı çox həssasdır.