METBUAT.AZ

Dünya

Lavrov Ukrayna ilə mümkün danışıqlara münasibət bildirdi

20 Avqust 2024 01:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə müzakirələrdən danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Kursk vilayətinin ərazisinə hücumlardan sonra Ukrayna ilə heç bir danışıqlardan söhbət gedə bilməz. Lavrovun sözlərinə görə, Prezident Vladimir Putin Moskva ilə Kiyev arasında dialoqla bağlı öz mövqeyini açıq şəkildə ifadə edib.

Qeyd edək ki, Ukrayna ordusunun Kurska hücumundan sonra Vladimir Putin danışıqların bu şərtlərlə mümkün olmadığlnı bəyan etmişdi.




metbuat.az.