METBUAT.AZ

Ölkə

Leyla Əliyeva şəhid Samirin ailəsinin evində -

19 Avqust 2024 21:43

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıda şəhid Samir Kaçayevin ailəsi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə o, özünün instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, Samir Ziyatin oğlu Kaçayev 6 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb.

2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Samir Kaçayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 01 noyabr 2021-ci il tarixində Şamaxıya səfəri zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyanın instalyasiyasına baxış keçirərək, şəhidin ailəsi ilə görüşmüşdü.




metbuat.az.