26 Avqust 2024 17:21
Liviyanın şərqində hökumət bütün sahələrdə fors-major vəziyyət elan edib.
Metbuat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu səbəbdən neft hasilatı və ixracı dayandırılıb. Bunun nə ilə əlaqəli olduğu açıqlanmır.
Bəyanatda bildirilib ki, Liviya hökuməti bütün yataqlarda, limanlarda, neft təşkilatlarında və müəssisələrində fors-major vəziyyət elan edir, neft hasilatını və ixracını növbəti xəbərdarlığa qədər dayandırır.
Qeyd edək ki, Liviyada ikili hakimiyyət qalır. Ölkənin şərqinə Liviya Milli Ordusu, qərbinə Milli Birlik Hökuməti nəzarət edir.
Avqustun 7-də Liviya Milli Neft Korporasiyası (NOC) Əl-Şarara yatağında neft hasilatının dayandırıldığını elan edib. Fezzan Haqqları Hərəkatının etirazları səbəbindən orada istehsal qismən dayandırılıb. Onlar rayonda neft məhsulları qıtlığı probleminin həllini, həmçinin yolların təmirini, infrastrukturun inkişaf etdirilməsini tələb edirlər.