21 Avqust 2024 11:37
Belarus Prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsi barədə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, Lukaşenko Rusiyanın “Rossiya” kanalına müsahibəsində bildirib ki, NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə üçüncü dünya müharibəsi başlayacaq. Lukaşenkonun sözlərinə görə, belə olan halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq. Ukrayna pilotsuz uçuş aparatlarının daha əvvəl ölkəsinin hava məkanını pozduğuna diqqət çəkən Lukaşenko, bunun dəfələrlə baş verdiyini bildirib. Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə 1000-ə qədər əsgər yerləşdirdiklərini bildirib.