METBUAT.AZ

Sağlamlıq

Mağazada satılan bu içkilərdən uzaq durun

7 Avqust 2024 17:03

Günə düzgün içkilərlə başlamaq enerji və ümumi sağlamlığı qorumaq üçün vacibdir. Bununla belə, günortadan əvvəl yüksək şəkərli içkilər içmək gün ərzində qan şəkərinin əhəmiyyətli dərəcədə artmasına və düşməsinə, həmçinin iltihabın artmasına səbəb ola bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar günortadan əvvəl üç içki içməyi məsləhət görmürlər.

Meyvə şirələri - mağazadan alınan meyvə şirəsinin bir çox mənfi cəhətləri var. Çox vaxt konsentratlaşdırılmış şəkər ehtiva edir və ltərkibində lif yoxdur. Lif olmadan isə şirənin tərkibindəki şəkərlər qana sürətlə udulur və şəkərin artmasına səbəb olur. Ona görə, meyvə şirələrini evdə hazırlamaq daha doğrudur.

Kokteyl- Mağazadan alınan bu içkilər sağlam görünə bilər, lakin onların tərkibində çox vaxt meyvə şirələri qədər şəkər var. Diyetoloqlar bildirirki, smoothielərə əlavə edilən şəkərlər və konservantlar qanda şəkər miqdarını artırır. Bu da sağlaqmlıq üçün təhlükə yaradır.

Şirin kofe içkiləri - Bir fincan qəhvə səhərinizi yaxşılaşdıra bilər, lakin kremlə doldurulmuş latte və kapuçino kimi şirin seçimlər zərərli ola bilər. Bu içkilər qanda şəkərin səviyyəsinin artmasına və iltihabı səbəb olur.


metbuat.az.