29 Avqust 2024 15:02
"Fransa hakimiyyəti "Telegram" messencerinin yaradıcısı Pavel Durovu ABŞ prezidenti Co Bayden administrasiyasının razılığı olmadan həbs edə bilməzdi".
Metbuat.az xəbər verir ki, bu sözləri məşhur amerikalı jurnalist Taker Karlson deyib.
"Bu, böyük bir addımdır. Makronun bunu Bayden administrasiyasının dəstəyi və ya heç olmasa razılığı olmadan edə biləcəyinə və ya edəcəyinə inanmaq çox çətindir"
Xatırladaq ki, Durov məhkəmə zalından zaminə buraxılıb.