METBUAT.AZ

İqtisadiyyat

Manatın real effektiv məzənnəsi azalıb

31 Avqust 2024 15:51

Bu il avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,1 bənd təşkil edib.

Bu barədə Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəlinə nisbətən 2,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3 bənd çoxdur.

Avqustun 1-nə manatın real effektiv məzənnəsi isə 119,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd, ilin əvvəlinə nisbətən 2 bənd, illik müqayisədə isə 3 bənd azdır.


metbuat.az.