METBUAT.AZ

İdman

“Mançester Siti” yeni səfər formasını təqdim etdi

9 Avqust 2024 00:34

İngiltərənin “Mançester Siti” klubu rəsmi saytında futbolçuların 2024/2025 mövsümündə oynayacağı yeni səfər formasını təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Klub tarixinin ən əlamətdar anlarından birinin 25-ci ildönümünün şərəfinə bu forma “Siti”nin 1999-cu il mayın 30-da ikinci divizionun pley-off finalında “Cillingem”i məğlub etdiyi unudulmaz oyunda geyindiyi formaya hörmət əlamətidir”, - deyə açıqlamada vurğulanıb.


metbuat.az.