13 Avqust 2024 15:52
Marsda ilk dəfə dərinliklərdə yerləşən maye halında su tapılıb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, NASA-nın "Mars Insight Lander" zondunun topladığı məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, "qırmızı planet"in dərinliklərində maye su anbarı adlanan yer var.
Marsın səthini tədqiq edən tədqiqatçılar planetdə suyun olduğunu çoxdan ehtimal edirdilər, çünki səthdə çay və göllərin izləri var, lakin son 3 milyard ildə onların yerini səhra tutub. Suyun bir hissəsi isə səthin altında qalıb. Tədqiqatçılar xatırladır ki, Yer kürəsində suyun kifayət qədər böyük bir hissəsi yerin altındadır və eyni halın Marsda yaşanması təəccüblü deyil.
Qeyd edək ki, Marsda daha əvvəl buz formasında və atmosferdə buxar qalıqları tapılıb, maye halında suyun tapılması ilk dəfədir.
Xatırladaq ki, "Mars Insight Lander" zondu Marsa 6 il əvvəl enib.