METBUAT.AZ

İdman

Mbappe təcrübəli futbolçunu türk klublarının əlindən aldı -

13 Avqust 2024 12:43

"Real Madrid"in ulduzu Kilian Mbappe "Kan” klubunu sahibi olduqdan sonra yeni transferini reallaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib. “Kan” Türkiyə klubları ilə də adı hallanan Yann Mvilanı 2 illik müqavilə ilə transfer edib.

Qeyd edək ki, Mbappe “Kan” klubunun səhmlərinin 80%-ni alıb. Yann Mvila Premyer Liqada "Sanderlend"də çıxış edən və 22 dəfə Fransa forması geyinən təcrübəli yarımmüdafiəçidir. 34 yaşlı futbolçu sonuncu dəfə 2023-2024 mövsümünün ikinci yarısında “Vest Bromviç”də çıxış edib.


metbuat.az.