METBUAT.AZ

İdman

Mbappeyə görə "Real"dan gedir

30 Avqust 2024 11:08

“Real Madrid”in 2021-ci ildə “Palmeyras”dan heyətinə qatdığı Endrik klubdan gedə bilər.

Metbuat.az xəbər verir ki, futbolçunun əsas heyətə düşə bilməməsi onun icarəyə verilməsinə səbəb ola bilər. AS qəzetinin məlumatına görə, braziliyalı oyunçu oynamaq şansı əldə etmək üçün başqa kluba icarəyə verilə bilər. Hücumçu özü də oynaya biləcəyi kluba getmək istəyir. Bildirilir ki, hücumçu 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində yer almaq istədiyi üçün klubda mütəmadi oynamaq istəyir.

Endrik “Real”da qalmaq istəsə əsas heyətə düşmək üçün Mbappe ilə rəqabət aparmalıdır.


metbuat.az.