METBUAT.AZ

Media

MEDİA Əməkdar jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi

21 Avqust 2024 16:50

Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, Agentlik sosial şəbəkə hesabında paylaşım edərək, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - ifadələrinə yer verib.

Qeyd edək ki, Nair Əliyev uzun sürən xəstəlikdən sonra avqustun 21-də dünyasını dəyişib.


metbuat.az.