7 Avqust 2024 12:11
"Məktəb formalarının qiymətində heç bir artım olmayacaq".
Bunu Metbuat.az-a açıqlamasında Bakı tişik evinin satış müdürü Etibar Əzimov deyib. O bildirib ki, istehsal olunan məktəbli şalvarları və ətəklərin qiymətində 20 faiz endirim edilib:
"Bu sezondan şalvar və ətəklər 25 manatdan 20 manata endirilib. Hazırda bizim bütün satış mərkəzlərimizdə məktəbli şalvarı və ətəkləri 20 manata, köynək isə 15 manata satılır".
Seyranə Quliyeva / Metbuat.az