METBUAT.AZ

İdman

Mendi ilə müqavilə imzalandı -

24 Avqust 2024 01:08

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu əlavə edib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, "qırmızı-qaralar" Lauren Mendinin transferini rəsmiləşdirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Seneqallı futbolçu bundan əvvəl Belçikanın "Antverpen", Lüksemburqun "Düdelanj", Fransanın "Rasinq Besançon", Çinin "Jianqxi Luşan" klublarında çıxış edib.


metbuat.az.