METBUAT.AZ

Ölkə

Mərkəzi Bankda mühüm təyinatlar

22 Avqust 2024 16:47

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun dörd departamentinə direktorlar təyin edilib.

Metbuat.az xəbər verir ki, sədr bununla bağlı müvafiq qərarlar imzalayıb.

Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentinə direktor təyin olunublar.


metbuat.az.