METBUAT.AZ

Dünya

Məşhur aktyor cəbhədə ağır yaralandı

6 Avqust 2024 15:22

Ukraynalı teatr və kino aktyoru Andrey Valenski cəbhədə ağır yaralanıb.

Metbuat.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu, Donetsk vilayətində şiddətli döyüşlər zamanı baş verib. Aktyorun hazırda xəstəxanada olduğu bildirilib.

Qeyd edək ki, Andrey Valenski Xarkov İncəsənət Universitetinin teatr fakültəsini bitirib. O, 50-dən çox filmdə rol alıb, “Major”, “İkinci Cəbhə”, “Akordeon ifaçısının qızı” filmlərindəki obrazları ilə tanınıb.

2023-cü ildə o, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.


metbuat.az.